EN

"Təhsilimizi babat vəziyyətə gətirən repetitorlardır" —Ekspertdən AÇIQLAMA

İbtidai sinifdə verilən bir sıra anlayışları heç bəzi müəllimlər başa düşmür, o ki qalmışdı valideynlər.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib.M.Abbaszadə bildirib ki, təhsil sisteminə problemlər hər zaman kənardan gəlir. Əvvəllər valideynin tədris aldığı proqramı onun övladı keçirdi. Amma indi elə deyil. Çünki məzmun dəyişib və belə də olmalıdır.Bu kimi uyğunsuzluqları aradan qaldırmaq üçün düşünmək lazımdır. 

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, dərslik bir növ informativlikdən uzaqlaşıb. 

Rizvan Fikrətoğlunun sözlərinə görə, dərsliklərin üzərində yenidən işlənilməlidir. Çünki dərsliklər o qədər ağırdır ki, indi valideyn o dərslikləri anlaya bilmir:



“Yenilik elə bir şeydir ki, o həmişə çətin və gec qəbul edilir. Eynilə bizim müasir təhsilimizdəki kimi. Düzdü, kurikulum artıq yeni deyil, çünki üzərindən illər keçib. Sadəcə Məleykə xanımın dediyi fikrə uyğun olaraq ibtidai sinifdə bəzən mövzuların çətin qavranıldığını görürük. Amma burda problem dərsliklərdə daha çoxdur. Ümumiyyətlə, dəsrliklərimizdə məzmun, məzmun strategiyası, uyğunsuzluqlar var. Əlinə alıb baxırsan elə mövzu var ki, normal işlənilib. Müəyyən bir mövzuya baxanda görürsən ki, anormallıq çoxdur. Sanki bunların üzərində bir nəfər nəzarətçi rəhbər olub və o rəhbər başlarının üstündə dayananda yaxşı işləyiblər. Amma 5 dəqiqəlik bir fasilə yarananda mövzunu elə bərbad işləyiblər. Ümumiyyətlə, təhsildə innovativ yeniliklərin tətbiqi vacibdir. Məsələn, biz gün elektron dərslik, elektron məktəb, hər şeyin elektronlaşması fonunda yeniliklər tətbiq etməyə çalışırıq. Məsələn, ağıllı lövhələrin istifadə olunması, ağıllı planşetlərin dövriyyəyə girməsi vacidir. Təbii ki, bunlar elmə əsaslanmalıdır və elmi cəhətdən şagirdlərimizə xidmət etməlidir. Bu olmadığı təqdirdə biz müəyyən problemlər yaşaya bilərik”. 

Nə qədər Təhsil Nazirliyi və DİM səviyyəsində inkar olsunsa da, bu bi reallıqdır ki, repetitorluq təhsilin əsasını təşkil edir: 

“Repitetorların ortaya çıxması əslində məktəblərə bir kömək vasitəsidir. Bu gün repetitorlar olmasa bizim təhsilimiz daha bərbad olar. Çünki yenə təhsilimizi babat vəziyyətə gətirən repitetorlardır. Məktəbin vəzifəsi vətənə məhəbbəti sevgini aşılayır. Amma repitetorun vəzifəsi sadəcə testi öyrətməkdir. Şagirdə yüksək bal yığmaq lazımdır. Bunun üçün də repitetorluq bir institut həddinə gəlib çıxıb. Repitetorluq institutu yaranıb sanki. Düzdü bu sahədə nəzarətsizlik çoxdu. Pul var deyə hər kəs repitetor olmaq istəyir. Amma bütün bunlar da repitetorluğa bir növ kölgə salır. Əslində repitetorluq pis qəbul olunmamalıdır, sadəcə qanuniləşməlidir. Necə ki, orta məktəbdə sertifikasiya imtahanı var, repitetor olmaq üçün müəyyən bir sertifikata sahib olmaq lazımdır”.  

Əfsanə Rəcəb
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
1
demokrat.az

1Sources