EN

Son 10 gün ərzində Elm və Təhsil Nazirliyinə 21 mindən çox vətəndaş müraciət edib

Son

Bakı, 1 iyul, AZƏRTAC

İyunun 20-dən 30-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 21 min 717 vətəndaş müraciəti daxil olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müraciətlərin 14 min 363-ü çağrı mərkəzləri, 613-ü sosial media, 2550-si vatsap vasitəsilə, 1272-si elektron, 634-ü yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 2285 müraciət qeydə alınıb.

Müraciətlər sertifikatlaşdırma imtahanı, müəllimlərin işə qəbulu, eləcə də qarşılıqlı yerdəyişməsi, birinci sinfə qəbul, məktəbəqədər təhsil müəssisələrinə qəbul və digər məsələlərlə bağlı olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
2
3
azertag.az

4Sources