EN

AZAL Füzuliyə təyyarə biletlərinin satışına başladı

Bakı. Trend:

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakı-Füzuli-Bakı marşrutuüzrə aviabiletlərin satışınastart verib. Biletləri aviaşirkətin www.azal.az rəsmi veb-saytı vasitəsiləonlayn əldə etmək mümkündür.

AZAL-ın Füzuli Beynəlxalq Hava Limanına müntəzəm reysləri iyulun17-dən etibarən həftədə iki dəfə olmaqla çərşənbə və şənbə günləriyerinə yetiriləcək. Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportu,Terminal 2-dən baş tutacaq.

Füzuliyə aviabilet əldə edərkən aşağıdakı məqamlara diqqətyetirilməlidir:

- Qarabağa giriş xüsusi icazə tələb etdiyinə görə aviabiletləriyalnız Azərbaycan vətəndaşları əldə edə bilərlər.

- Aviabilet əldə etmək üçün ilk növbədə yolumuzqarabaga.az portalınadaxil olaraq müvafiq bölmədən icazə prosesini keçmək və xüsusi kodəldə etmək lazımdır. Daha sonra AZAL saytına keçid alaraq həminkodu və FİN nömrəsini daxil edib icazəni təsdiq etdikdən sonrabilet əldə etmək mümkündür. Verilmiş icazə kodunun müddəti 1 aydır.Bu müddət ərzində aviabilet alıb Qarabağa səfər etmək olar.

- Bakı-Füzuli-Bakı marşrutu üzrə aviabiletlərin alınması üçünmüvafiq sistem vasitəsilə yoxlanılan icazə kodu tələb olunduğundanbilet alışı ilkin mərhələdə yalnız sayt vasitəsilə onlaynmümkündür. Tezliklə mobil tətbiq üzərindən də bilet alışı prosesitəmin olunacaq.

- Aviabileti yalnız hər ikiistiqamətdə və yalnız Bakı-Füzuli-Bakı marşurutu üzrə əldə etməkolar.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyinin kollegiyasının qərarına əsasən Bakı-Füzuli/Füzuli-Bakıistiqamətində təyyarə biletlərinin qiyməti bir tərəfə 78 manatməbləğində müəyyən edilib. Bu qiymətə 10 kq-a qədər əl yükü və 23kq-a qədər baqaj daxildir.

Sözügedən istiqamətdə səyahət edən 2 yaşından 12 yaşınadəkuşaqlar üçün tətbiq olunan tarifdən 25%, 0-2 yaşında körpələr üçünisə tətbiq olunan tarifdən 90% güzəştlər nəzərdə tutulub.

Qeyd edək ki, 2021-ci il oktyabrın 26-da istifadəyə verilənFüzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə 8 aya inşaolunub. Aeroport sərnişinlərin rahatlığı və xidmətlərin yüksəksəviyyədə göstərilməsi üçün bütün zəruri infrastrukturamalikdir.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
46
az.trend.az

10Sources