EN

COP29 yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul olacaq - Vüqar Rəhimzadə

Bakı. Trend:

Bu gün ölkə və dünya mətbuatından əsas müzakirə mövzularındanbiri Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olan COP29-a evsahibliyidir. Konfransın əsas məqsəd və məramının nədən ibarətolduğuna diqqət yetirdikdə belə mötəbər tədbirə Azərbaycanın evsahibliyini şərtləndirən amillər bəlli olur. İqlim dəyişmələrinəqarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsihazırkı dövrün əsas çağırışlarındandır. Dövlətimizin başçısı İlhamƏliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə «Yaşıl dünya naminəhəmrəylik ili» elan edilməsi Azərbaycanın iqlim dəyişmələrininfəsadlarına qarşı mübarizəyə, həmçinin bu istiqamətdə beynəlxalqhəmrəyliyin gücləndirilməsinə verdiyi töhfələrə işıq salır.Azərbaycan daim dünyaya bu çağırışı edir ki, qlobal problemlərinhəllində qlobal birlik, həmrəylik vacibdir. Dövlət başçısı İlhamƏliyev bu günlərdə “Euronews” televiziyasına müsahibəsində bu mühümməqamı da xüsusi qeyd etdi ki, hər yeni iş qeyri-müəyyənliklərlədolu olur. Lakin bizim böyük tərəfdaşlarımız var. Artıq “Masdar”strateji tərəfdaşdır. Həmçinin “ACWA Power” var. BPsərmayədarlarımız sırasındadır. Ölkəmizlə əməkdaşlıq etməyiplanlaşdıran digər ölkələrin bir çox şirkətləri var. Bərpaolunanenerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidirki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qazaqənaət edilsin. Beynəlxalq tərəfdaşlıq tələb edən məsələləritərəfdaşlarımızla həll etməliyik.

Bu fikirləri Trend-ə YeniAzərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasielmlər doktoru, professor Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, COP tədbirləri ən çox dünyaliderlərini bir araya gətirən toplantılar kimi tarixə düşüb. 197ölkəni özündə birləşdirən Tərəflər Konfransına Azərbaycanın evsahibliyi təsadüfi deyil. Bu, ilk növbədə Azərbaycanın diplomatikuğurudur. Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri yenidostlar və tərəfdaşlar qazanmasında stimulverici amil rolunuoynayır. Ölkəmiz böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütündövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləriəsasında əlaqələr qurur və onların zaman-zaman yeni prioritetlərüzrə inkişaf etdirilməsinə səy göstərir. Azərbaycanın etibarlı vəarzuolunan tərəfdaş kimi dünya dövlətlərinin diqqətində olması,Avropanın enerji təhlükəsizliyinin təminatında həlledici roloynaması uğurlu xarici siyasətimizin nəticəsidir. İqtisadiyyatınıdüzgün əsaslar üzərində quran Azərbaycan dünya birliyi iləəməkdaşlığa regional çərçivədən başlasa da illər keçdikcəcoğrafiyasını daha da genişləndirir. Ən əsası Azərbaycanın dövrünhər bir çağırışını zamanında dəyərləndirməsi uğurlarımızındavamlılığında öz sözünü deyir. Belə ki, Ulu Öndər Heydər Əliyeviqtisadiyyatın inkişafında neft amilinə önəm verərək tarixə “Əsrinmüqaviləsi” kimi daxil olan neft sazişinin imzalanmasına nail oldu.Dünya təcrübəsinə əsasən bu çağırışı etdi ki, təcrübə mübadiləsiolmadan, səylər birləşdirilmədən heç bir ölkə təkbaşına iqtisaditərəqqiyə nail ola bilməz. “Əsrin müqaviləsi” Azərbaycana iqtisadivə siyasi dividend qazandırdı, regional inkişafın aparıcıqüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevirdi.Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələridünyanın enerji xəritəsini yenidən tərtib edir. 2017-ci ildə “Əsrinmüqaviləsi”nin davamı olaraq “Yeni əsrin müqaviləsi” imzalandı. Bumühüm saziş Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənənmövqeyinin təsdiqi oldu.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, tarixən neftölkəsi kimi tanınan və nüfuz qazanan Azərbaycan bu gün qaz vəelektrik enerjisi ixracatçısına çevrilib. Ölkəmizin COP29-a evsahibliyi onu göstərir ki, Azərbaycan özünü qlobal səviyyədə iqlimdəyişiklikləri ilə mübarizə aparan dövlət kimi tanıdıb. Tədbirçərçivəsində Azərbaycanın bərpaolunan enerji mənbələrinin inkişafı,yaşıl enerjiyə keçid və iqlim dəyişiklikləri ilə mübarizədəqarşısına qoyduğu məqsədlər və bu istiqamətdə gördüyü işlər dahageniş auditoriyanın diqqətinə çatdırılacaq. Yaşıl enerji növlərininyaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanınenerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisiistehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrininpayının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. Bütünbunların fonunda Azərbaycanın COP29-a ev sahibliyi beynəlxalqictimaiyyət tərəfindən ölkəmizə böyük hörmət və etimadın, eləcə dəölkəmizin milli, regional, qlobal səviyyədə ətraf mühitinqorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinətöhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Vüqar Rəhimzadə vurğulayıb ki, son illər Azərbaycan bərpaolunanenerji mənbələrinin inkişaf etdirilməsi, o cümlədən külək və günəşenerjisi stansiyalarının qurulması baxımından böyük işlər görüb.2023-cü ildə Azərbaycanda regionun ən böyük bərpaolunan enerjistansiyası istifadəyə verildi. Bu il Bakı Enerji Həftəsiçərçivəsində Prezident İlham Əliyevin və Birləşmiş ƏrəbƏmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri SultanƏhməd Əl-Cabirin birgə iştirakı ilə Neftçala, Biləsuvar GünəşElektrik stansiyalarının və Abşeron-Qaradağ Külək ElektrikStansiyasının təməli qoyuldu. Bu stansiyaların işə başlaması yaxınillərdə 10 min meqavat enerji istehsal edilməsinə şərait yaradacaq.Dövlət başçısı İlham Əliyev “Euronews” televiziyasına müsahibəsindəbildirdi ki, bu, yalnız başlanğıcdır. Çünki biz orta perspektivdə10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edənbütün müqavilələri və anlaşma memorandumlarını icra etməyiplanlaşdırırıq. Hədəfimiz belədir. Potensial var. Yaxşı sərmayəmühiti var. Bu, həqiqətən göstərir ki, ölkə ənənəvi enerjidən əldəetdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a evsahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndəgedənlərdən olmaq üzərimizə düşən öhdəlikdir.

YAP Xətai rayon təşkilatının sədri onu da bildirib ki,Azərbaycan Gürcüstan, Macarıstan və Rumıniya ilə Qara dənizin dibiilə sualtı kabel vasitəsilə yaşıl enerjinin Avropaya ixracılayihəsini icra etməkdədir. Bu layihənin uğurlu sonluqla başaçatmasından sonra Azərbaycan Avropanın əsas yaşıl enerjitəchizatçılarından birinə çevriləcək. COP29-a ev sahibliyi buprosesin davamıdır və ölkəmizin yaşıl enerjiyə keçid və bərpaolunanenerji mənbələrinin inkişafı ilə bağlı qarşısına qoyduğu məqsədlərəçatmasına öz töhfəsini verəcək. Prezident İlham Əliyevin qeydetdiyi kimi, ev sahibliyi edən ölkə olaraq Azərbaycanın əsasməqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır. Biz COPzamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbətmühit qurmaq istəyirik ki, ölkələr və şirkətlər bir-biri iləistəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetinqorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər.

YAP Xətai rayon təşkilatının sədri belə bir ümumiləşdirməniaparıb ki, Azərbaycanın iqtisadi, siyasi, humanitar, diplomatikmərkəz kimi tanınması, qlobal məsələlərin ölkəmizdə müzakirəedilərək ümumi mövqeyin ortaya qoyulması onun beynəlxalq nüfuzunun,eyni zamanda, hər bir sahədə zəngin təcrübəyə malik olmasınıngöstəricisidir. COP29 Azərbaycanın beynəlxalq nüfuzuna yeniəlavələr edəcək, yeni əməkdaşlıq formatlarının yaradılmasına stimulolacaq.

Məqalədə:
Chosen
60
10
az.trend.az

10Sources