EN

Astanada antiterror əməliyyatı rejimi tətbiq olunacaq

Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti ilə əlaqədar antiterror əməliyyatı üçün hüquqi rejim tətbiq ediləcək.

Bakıvaxtı.az "Vedomosti"yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Məlumata görə, mühafizə olunan şəxslərin Akmola, Qaraqanda vilayətləri və Almatı şəhərinə səfəri çərçivəsində antiterror əməliyyatının hüquqi rejimi müəyyən ediləcək. Rejim  ​​iyulun 2-dən iyulun 5-dək ​​qüvvədə olacaq. 

Bundan başqa, Astana, Almatı, Karaqanda və Kokşetau şəhərlərində terror təhlükəsinin orta (sarı) səviyyəsi müəyyən ediləcək. Mühafizə olunan şəxslərin olduğu müddətdə insanların və nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Səlahiyyətlilər həmçinin hava limanlarında və qatar stansiyalarında təhlükəsizlik tədbirlərini gücləndirəcək.

Qeyd edək ki, ŞƏT-in builki sammiti iyulun 4-də Astanada keçiriləcək.Sammitdə Qazaxıstan, Hindistan, İran, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan, Özbəkistan, Belarus, Monqolustan, Azərbaycan, Türkiyə, Türkmənistan, Qətər, BƏƏ-nin dövlət başçıları və nümayəndəlikləri, ŞƏT-in baş katibi Janq Minq və BMT-nin baş katibi Antonio Quterreş iştirak edəcək. 

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
19
bakivaxti.az

1Sources