EN

Qiymətlər artdı, bəs konfort? - Azərbaycan nəqliyyatının bitməyən problemləri...

Ötən gün Tarif Şurasının verdiyi qərarla ölkədə nəqliyyat sahəsində bir çox dəyişikliklər baş verdi. Belə ki, ictimai nəqliyyatda gedişhaqqı bariz şəkildə artırıldı.

Lakin benzin və dizelin qiymətinə baş verən artım eləcə də, taksilərlə bağlı yeni tələblərin bu gündən etibarən qüvvəyə minməsinin taksi qiymətlərində də artıma zəmin yaradacağı şübhəsizdir.


Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Referans.az" target="_blank">Referans.az-a açıqlamasında qiymət artımının Azərbaycan nəqliyyatına təsirlərindən danışıb.




“Yeni tarif dəyişikliyindən sonra ictimai nəqliyyatda inkişaf gözlənilir. Çünki hazırda daşıyıcı şirkətlər kifayət qədər zərərdədirlər. Xüsusən, pandemiyadan sonra bu proses daha qabarıq şəkildə özünü göstərdi. Nəticə etibarı ilə həmin şirkətlər bu gün borc ucbatından inkişaf edə bilmir. Dövlət tərəfindən onların qarşısına vəzifə qoyulur. Bu vəzifənin də tələbləri budur ki, şirkətlər yeni, müasir, komfortlu avtomobillər gətirməlidirlər, insanlara daha keyfiyyətli xidmət göstərməlidirlər. Qoyulan tələblərin qarşısında daşıyıcı şirkətlər çətin vəziyyətdə qalır. Səbəb budur ki, son vaxtlar avtomobil sektorunda kifayət qədər qiymət artımı baş verib. Ən çox da ehtiyat hissələrinin, sürtkü yağlarının bahalaşması, yanacağın qiymətinin artması fonunda ictimai nəqliyyatda gedişhaqqının qiyməti təxminən eyni qalıb”.


Ekspert bildirib ki, daşıyıcı şirkətlər qarşısında qoyulan əsas tələblərdən biri də əsasən elektrikli avtobusların alınmasıdır. Bu avtobusların qiymətləri də kifayət qədər yüksəkdir. Təxminən 600 min manat civarında təşkil edir.


“İndi daşıyıcı şirkətlər tərəfindən də təhlillər aparılıb. Dediyim ki, əvvəllər gündəlik plana verilən avtobuslar bugün artıq iki sürücü tərəfindən istifadə olunur. Sürücülərin iş və istirahət rejimi nəzarət altında saxlanılır. Düzdür, hələ də neqativlər var. Amma artıq inkişaf başlayıb və bu proses mərhələli şəkildə davam edir”.


Elməddin Muradlının qeyd edib ki, gedişhaqqının müəyyənləşməsi prosesi daşıyıcı şirkətlərin təklifləri əsasında formalaşıb. Bu şirkətlərin hesablamalarına görə, Bakı şəhərində bir sərnişinin daşınması üçün çəkilən xərc 75-80 qəpik civarındadır. Lakin dövlət tərəfindən bu məsələlər tənzimləndiyi üçün o qədər də böyük artım baş tutmadı.


“Bakı-Sumqayıt marşrut xətti ilə fəaliyyət göstərən avtobusların qiymətlərindəki artıma gəldikdə isə düzünə qalsa, indiyədək bu istiqamətdə normal ictimai nəqliyyat belə olmayıb. Son dövrlərdə burada 5 ictimai nəqliyyat fəaliyyətdə idi ki, onların da bir çox günün müəyyən hissələrində xətdə olmurdu. Bakı-Sumqayıt istiqamətində hərəkət edən sərnişinlərə nəzər salsaq, görərik ki, təxminən 70 faizi “manatlıq” taksi, şəxsi avtomobillər və ya mikroavtobuslardan istifadə edir. Onların daşınmasının xərci 1 manat-1 manat 50 qəpik civarındadır. Lakin Bakı-Sumqayıt avtobusların gedişhaqqı təxminən 70 qəpik müəyyənləşib”.

 

Fidan Vəlisoy 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
referans.az

1Sources