EN

Dağlıq Şirvan Regional Təhsil İdarəsində yoxlamalar

BAYRAQDAR MEDİA – Elm və Təhsil Nazirliyi (ETN) ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) tabe qurumlarda növbəti dövri yoxlama tədbirləri çərçivəsində Dağlıq Şirvan Regional Təhsil İdarəsində (RTİ) yoxlamalar aparıb.Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MÜTDA-dan daxil olub.Xəbərdə bildirilir ki, “yoxlamalar yerli bölmələr tərəfindən təhsilin dövlət standartlarına uyğun təşkilinə nəzarətin həyata keçirilməsi, direktor və direktor müavinlərinin işə qəbulu prosesinin mövcud qaydalara uyğun təşkili, kadrların təyinatı və yerləşdirilməsi, eyni zamanda qayda və təlimatların icra vəziyyətinin yoxlanılması məqsədilə həyata keçirilib. Aparılan yoxlamalar zamanı sözügedən idarənin fəaliyyətində müsabiqə qaydaları və şərtlərinin, təlimat sənədlərinin tələblərinin ciddi şəkildə pozulması halları aşkarlanıb. Bununla yanaşı, RTİ-nin tabeliyində fəaliyyət göstərən müəssisələrə nəzarətin təşkilində nöqsanlar aşkar edilib”.Daha sonra xəbərdə, “araşdırmanın nəticəsinə əsasən, RTİ-nin müdiri Rövşən Əliyev elm və təhsil nazirinin müvafiq əmri ilə iyulun 1-dən tutduğu vəzifədən azad edilib. RTİ-nin müdir vəzifəsinin icrası müvəqqəti olaraq idarənin müdir müavini Həmid Qasımova həvalə edilib” deyə qeyd edilib.Agentlik tərəfindən yerli bölmə və tabe müəssisələrin fəaliyyətinə nəzarətin təşkili məqsədilə aparılan yoxlamalar il ərzində davam etdiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
5
49
bayraqdar.info

10Sources