EN

Taliban Əfqanıstana qarşı beynəlxalq sanksiyaları ləğv etməyə çağırıb

Taliban beynəlxalq ictimaiyyətin Əfqanıstana qarşı ticarət və maliyyə sanksiyalarının tezliklə ləğvinə ümid edir.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Taliban hərəkatının rəsmi nümayəndəsi Zəbihullah Mücahid BMT-nin Əfqanıstan üzrə Doha  konfransında bildirib.

Mücahid Qətərin paytaxtında verdiyi açıqlamada , "Əfqanlar dünya ilə müsbət əlaqələri təşviq etmək üçün bir sistem yaratdılar, lakin cavab olaraq sanksiyalar və məhdudiyyətlərlə üzləşdilər", - deyib.  

O qeyd edib ki, siyasi fikir ayrılıqları Əfqanıstan xalqına təhlükəsizlik, siyasət və iqtisadiyyat məsələlərində təzyiq üçün səbəb olmamalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
20
1
unikal.az

3Sources