EN

Muxtar Babayev Fitsum Assefa ilə görüşdü - Foto

COP29-un prezidenti Muxtar Babayev Efiopiyanın planlaşdırma və inkişaf naziri Fitsum Assefa ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verilib.

Bildirilib ki, COP29 sədrliyi nazir Fitsum Assefa ilə ikitərəfli müzakirələr aparıb: “İnkişafın planlaşdırılması iqlim fəaliyyətinə nail olmaq üçün həyati əhəmiyyət kəsb edəcək. Odur ki, bu, COP29 ambisiya səviyyələrini yüksəltmək və iqlim maliyyəsi vasitəsilə hərəkətə keçmək üçün tərəfləri bir araya gətirir”.


Müəllif: Teleqraf.com
Chosen
67
11
teleqraf.com

10Sources