EN

İctimai nəqliyyatdan istifadə artacaq — Paytaxtda taksilər azalır?

“Hazırda əlimizdə dəqiq statistika olmasa da hesab edilir ki, iyulun 1-dən etibarən taksi fəaliyyəti ilə məşğul olan şəxslərin böyük hissəsi artıq bu fəaliyyətlə məşğul ola bilməyəcək. Avtomobillərin çoxu dövriyyədən uzaqlaşdırılacaq”. 

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə bu sahədə nəzarətin tətbiqi ilə bağlı hələki bir sıra problemlər qalmaqdadır: 

“Güman olunur ki, müvafiq kateqoriyaya aid avtomobillərin bazardan tamamilə yığışdırılması çətin olacaq. Prosesin növbəti dalğası qiymətlərin bahalaşmasına, taksi xidmətlərinin əlçatanlığının aşağı düşməsinə səbəb olacaq. Nəzərə alsaq ki, taksi ilə sərnişin daşıma xidmətlərində konseptual bir yanaşma yoxdur, bu sahəyə nəzarətin tətbiqi xidmətin və keyfiyyətin yaxşılaşdırılması ilə paralel getmir, deməli, ölkədə, xüsusən də Bakıda bir nöqtədən digər bir nöqtəyə getmək daha da çətinləşəcək. Zaman sərfiyyatı daha da artacaq, insanlar yola daha çox vaxt sərf edəcəklər. Taksi fəaliyyətinin məhdudlaşdırılması işsizliyi də artıra bilər. Bununla yanaşı, əhali arasında ictimai nəqliyyatdan istifadə artacaq, bunu müsbət dəyərləndirmək olar”.

Qeyd edək ki, iyul ayının 1-dən ölkədə, xüsusilə də paytaxt Bakıda ciddi taksi çatışmazlığının yaşanacağı gözlənilir. Artıq bəzi taksi şirkətləri təqdim etdiyi xidmət müqabilində qiymətləri nəzərə çarpacaq dərəcədə artırıb.

Törə Zeynallı
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
demokrat.az

1Sources