Kreml NATO Baş katibi Yens Stoltenberqin Çinin Rusiyaya müasir texnologiya və elektronika ilə kömək etməklə Avropada münaqişə yaratması barədə bəyanatına mənfi münasibət bəsləyir.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
"Digər tərəfdən, əminik ki, çinli dostlarımız özləri belə bəyanatlara layiqli qiymət verə bilərlər", - o bildirib.
Qeyd edək ki, Stoltenberq Çinin İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük münaqişəni qızışdırdığını bəyan etmişdi.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun