EN

Luçano Spalletti İtaliya yığmasının sükanı arxasında qalır

Cari Avropa çempionu qismində AÇ-2024-ə qatılmış İtaliya yığmasının baş məşqçisi Luçano Spalletti uğursuzluğa rəğmən, vəzifəsində qalacaq.

Arena.az məlumat verir ki, bu barədə İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Qabriele Qravina məlumat verib:

“Biz Spallettiyə tam güvənirik, onunla birlikdə irəliləyəcəyik. Bizim heyətimizdə əvvəllər heç vaxt milli komandada çıxış etməmiş futbolçular olduğu üçün Avropa çempionatını qazanmağa ümid etməyə haqqımız yox idi. Biz 17 yaşadək futbolçular arasında Avropa çempionatını qazanmışıq, amma bu uşaqlardan heç biri əvvəllər ölkənin əsas komandasında oynamayıblar”, deyə Qravina vurğulayıb.

Xatırladaq ki, Luçano Spalletti 2023-cü ilin avqustunda çətin vəziyyətdə olan İtaliya yığmasına rəhbərliyi qətiyyət və məsuliyyətlə öz üzərinə götürüb. İtalyan mütəxəssisin rəhbərliyi altında “skuadra adzurra” Almaniyada keçirilən AÇ-2024-ün final mərhələsinə vəsiqə qazanıb.

Yarışın final mərhələsində İtaliya millisi Albaniya (2:1), İspniya (0:1) və Xorvatiya (1:1) yığmaları ilə “B” qrupunda mübarizə aparıb. İtalyanlar bu mübarizəni 4 xalla qrupda 2-ci olaraq başa vurublar və ələmə mərhələsinə yüksəliblər. 1/8 finalda İtaliya millisi İsveçrə yığmasına 0:2 hesabı ilə məğlub olaraq Avropa çempionu adını təslim edib və evə əliboş geri dönüb.

Vurğulayaq ki, İtaliya mətbuatı Spalletti başda “skuadra adzurra”nı oyun keyfiyyətsizliyinə görə yarış boyu daimi tənqidə qonaq etsə də, italyan mütəxəssis jurnalistlərlə sözün həqiqi mənasında dilləşərək, məsuliyyəti öz üzərinə götürməklə yanaşı, bütün tənqidləri savadlı əsaslandırması ilə diqqət çəkir. Spalletti işin içində özü olduğunu və baş vermiş hadisələri cəfəngiyyatla deyil, idmani təhlil baxımından əsaslandırmağı düzgün hesab edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
28
arena.az

1Sources