EN

Pravoslav xristianlar hərbi xidmətə görə Qüdsdə etiraz aksiyası keçiriblər

Qüdsdə bir qrup ultra-pravoslav yəhudi dini məktəblərdə oxuyan yeşiva tələbələrinin İsrail ordusuna mümkün hərbi xidmətə cəlb edilməsinə qarşı çıxaraq küçə etirazları keçirib.

Herbiand.az bildirir ki, İsrail polisinin mətbuat xidmətinin məlumatına görə, nümayişdə beş nəfər saxlanılıb. İğtişaşlar zamanı bir neçə polis əməkdaşı müxtəlif xəsarətlər alıb.

“The Times of Israel”in yazdığına görə, Qüdsdəki ultra-pravoslav etiraz aksiyası Mea-Şearim dini məhəlləsində keçirilib və on minlərlə iştirakçı toplanıb. Hava qaraldıqdan sonra kütlənin bir hissəsi ictimai asayişin pozulması ilə müşayiət olunan şəhər mərkəzinə doğru yürüşə başlayıb. Etirazçılar od yandırıb, polisə daş və digər əşyalar atıblar.

Etirazın səbəbi İsrail Ali Məhkəməsinin iyunun 25-də yeşiva tələbələrinin ölkənin bütün vətəndaşları ilə bərabər əsaslarla hərbi xidmətə çağırılması barədə qərarı olub. Bundan başqa, məhkəmə tələbələri hərbi xidmətə göndərilməyən dini təhsil müəssisələrinin maliyyələşdirilməsini qadağan edib.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
5
herbiand.az

1Sources