EN

İlin birinci yarısında Ukraynaya 13,8 milyard dollar maliyyə yardımı edilib

Ukrayna Maliyyə Nazirliyi ilin birinci yarısında Qərb ölkələrindən 13,8 milyard dollar dəstək alındığını bildirib.
Elchi.az xəbər verir ki, Ukrayna Maliyyə Nazirliyindən verilən yazılı açıqlamada, bu ilin birinci yarısında Ukrayna büdcəsi üçün 20,2 milyard dollar vəsaitin istifadə olunduğu qeyd edilib.
Açıqlamada, qaynaqların əsasən Avropa Birliyi, Yaponiya, Kanada və Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən təmin edildiyi, sözügedən dövrdə dəstəyin 13,8 milyard dollara çatdığı ifadə edilib.
Ukrayna Maliyyə Nazirliyi mayın 30-da verdiyi açıqlamada Rusiya ilə müharibənin başladığı 2022-ci ilin fevralından bu yana Qərb ölkələrindən 85,4 milyard dollar dəstək alındığını bildirib.
Bu il ölkə büdcəsinin 43,5 milyard dollar kəsiri olacağı gözlənilir.Şayəstə Hüseynova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
2
1
elchi.az

5Sources