EN

Ukrayna daha bir strateji ərazini itirdi

Rusiya silahlı qüvvələri "Donetsk Xalq Respublikası"nın (DXR) Novopokrovskoye kəndini ələ keçirib.

News365.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin yaydığı məlumatda qeyd edilir ki, kənd "Mərkəz" qoşun qrupunun bölmələri tərəfindən azad edilib. Bununla da Rusiya hərbçiləri Donetsk istiqamətində taktiki vəziyyəti yaxşılaşdırıblar.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər. 

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
15
news365.az

1Sources