EN

Kleman Bon: "Fransa "sağa dönməməlidir"

AzVision.az xəbər verir ki, bu sözləri Fransa parlament seçkilərində uduzan namizəd, keçmiş nəqliyyat naziri, Prezident Emmanuel Makronun müttəfiqi Kleman Bon "X" hesabında yazıb.

O, seçicilərə xəbərdarlıq ünvanlayaraq, seçkilərin ikinci turunda ifrat sağçı qanada mənsub Milli Birlik Partiyası üzərində qələbənin zərurətini vurğulayıb.

"Demokratiya böhranına imkan verməyək.Qoy demokratiyamız nəfəs alsın ki, konkret problemlər üzrə işlər görüb islahatlar aparaq. Əks təqdirdə, heç nə dəyişəsi deyil", - keçmiş nazir diqqətə çatdırıb.
Fransada seçkilər: Makron uduzur

Fransa timsalında Avropa ölkələrində ifrat sağçılıq meyilləri liberal və mərkəzçi liderlərdə narahatlıq yaradır. Məsələn, Polşanın Baş naziri Donald Tusk bu meyillərin Avropada xüsusilə Rusiya-Ukrayna müharibəsinə qarşı yanaşmanı dəyişdirdiyini, bütün region üçün təhlükə yarandığını bildirib.

Firudin Həmidli
AzVision.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
azvision.az

1Sources