EN

Viktoriya və Albert Muzeyində müğənni Teylor Sviftlə bağlı sərgi açılacaq

Viktoriya

Lonfon, 1 iyul, AZƏRTAC

Britaniyanın məşhur Viktoriya və Albert Muzeyində müğənni Teylor Sviftlə bağlı sərgi təşkil ediləcək.

AZƏRTAC xəbər verir ki, muzey bu yay müğənninin şəxsi arxivindən olan geyimlər, mükafatlar və uşaqlıq əşyalarını nümayiş ediləcəyi sərgi təşkil edir.

“Taylor Swift: Songbook Trail” adlanan sərgidə məşhur müğənninin geyindiyi 16 paltar, musiqi mükafatları, hekayə lövhələri və T.Sviftin arxivindəki əvvəllər heç bir yerdə nümayiş etdirilməmiş əşyalar sərgilənəcək.

Sərgi iyulun 27-də Londonun cənub-qərbində, Kensinqtonda yerləşən Viktoriya və Albert Muzeyində açılacaq və giriş pulsuzdur.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
25
2
azertag.az

3Sources