EN

Xarici siyasətAzərbaycan-Serbiya hökumətlərarası komissiyasının növbəti iclası iyulda Bakıda keçiriləcək

İyulda Bakıda Azərbaycan və Serbiya arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 8-ci iclası keçiriləcək.

Bunu “Far.Az”a müsahibəsində Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladislavlyeviç deyib.

“İclasda əməkdaşlığın ən perspektivli sahələri - enerji, nəqliyyat, tikinti, ticarət və müdafiə sahələri nəzərdən keçiriləcək. Prioritetlərdən biri, əlbəttə ki, paytaxtlarımız arasında birbaşa aviareyslərin tətbiqi olacaq, çünki bu, qarşılıqlı fəaliyyətin bütün digər sahələrinə çox lazım olan təkanı verəcək”, - o vurğulayıb.

Qeyd edək ki, hökumətlərarası komissiyanın VII iclası 2023-cü il aprelin 28-də Belqradda keçirilib.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
far.az

1Sources