EN

Zelenski danışıqlara razı oldu: 6 vilayətin Ukraynanın əlindən çıxması ƏNDİŞƏSİ

“ABŞ-də yeni prezident seçilənə qədər Zelenski danışıqlara getməyi planlaşdırır”.

Bunu Yenicag.az-a açıqlamasında Ukrayna Prezidenti Volodimir Zelenskinin vasitəçilərlə Rusiya ilə danışıqlara razı olduğu barədə səsləndirdiyi bəyanatı şərh edən politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, çünki keçmiş prezident Donald Trampın yenidən hakimiyyətə gəlişi müharibənin Ukraynanın əleyhinə bitməsi deməkdir.

“Yanvar ayına qədər Ukraynanın Xarkov vilayəti tamamilə rusların nəzarətinə keçəcək. Eyni zamanda, şərqdə yerləşən 6 vilayətin də tamamilə Ukraynanın əlindən çıxması gözləniləndir.

Ümumiyyətlə, hazırda Ukraynada baş verən proseslər layihədir, Zelenski isə Qərb tərəfindən layihənin icrası üçün seçilən şəxs”, – deyə o bildirib.

Politoloq qeyd edib ki, məqsəd hər kəsə aydın olduğu kimi, taxıl istehsalına görə ABŞ və Kanadaya rəqib, həmçinin Avropanın ən böyük ölkəsi olan Ukraynanı sıradan çıxarmaq idi.

“Əlavə olaraq, ABŞ Ukraynada baş verənlərdən istifadə edərək, bir növ Avropaya “mən əlimi çəksəm, Rusiya, görün, sizə nə edər?” mesajını verir.

Proseslərdən Rusiya və ABŞ-nin müəyyən məsələlərdə maraqlarının üst-üstə düşdüyü görünür. Dərin dövlətin razılaşdırılmış bu layihəsinin ilin axırına qədər davam edəcəyi gözlənilir. Rusiya birmənalı olaraq 2024-cü ilin sonuna qədər müharibəni davam etdirəcək”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
4
yenicag.az

1Sources