EN

Matyaj Kek: “Portuqaliya ilə matçda nəticəyə oynayacağıq”

Sloveniya yığmasının baş məşqçisi Matyaj Kek AÇ-2024-ün 1/8 finalında Portuqaliyaya qarşı keçirəcəkləri oyun haqda fikirlərini paylaşıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, sloven mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz kimə qarşı oynayacağımızı bilirik. Portuqaliya yığması yarışın qalibi olmağa favoritlərdən biridir. Amma biz yaxşı nəticə əldə etmək istəyirik, meydanda necə görünəcəyimizdən isə çox da narahat deyilik. Müəyyən məqamlarda “əziyyət çəkəcəyimizi” gözləyirəm.

Vəziyyəti şişirtməyə ehtiyac yoxdur, sabahkı (artıq bu gün – redaktorun qeydi) oyundan sonra da futbol davam edəcək. Ümidvaram ki, uşaqlar rahatlaşacaq və diqqətlərini cəmləyəcəklər”, deyə Matyaj Kek vurğulayıb.

Xatırladaq ki, AÇ-2024-ün 1/8 final mərhələsinin Portuqaliya – Sloveniya oyunu bu gün, iyulun 1-də Frankfurtun “Doyçe Bank Park” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
16
arena.az

1Sources