EN

Ukrayna millisinin üzvü "Latsio"ya keçə bilər

"Latsio" Ukrayna millisinin və "Dinamo"(Kiyev) klubunun üzvü Nikolay Şaparenkonu transfer etməyi planlaşdırır. 

Sportal.az "CalcioMercato"ya istinadən xəbər verir ki, "qartallar" artıq ukraynalı üçün danışıqları davam etdirir. 

Roma klubunun rəhbərliyi Şaparenkonun AVRO-2024-dəki çıxışından heyran olublar və məhz buna görə də, onu heyətə qatmaq istəyiblər.

"Latsio" Şaparenko üçün 10 milyon avro ödəməyə hazırdır. Transferin bu yay reallaşacağı gözlənilir.

25 yaşlı futbolçu “İlyiçevets”in yetirməsidir. O, 2017-ci ildə “Dinamo”ya keçib və indiyə qədər 115 görüşdə 18 qol vurub. Şaparankonun müqavilə müddəti 2025-ci il sentyabrın 30-na qədərdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
1
sportal.az

1Sources