EN

Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyirik - Tokayev

Qazaxıstanın Çinlə münasibətləri dərinləşdirmək üçün iddialı planları var.

Bakıvaxtı.az xəbər verir ki, bunu Qazaxıstanın prezidenti Qasım-Comərd Tokayev Sinxua xəbər agentliyinə müsahibəsində bildirib.

Tokayevin sözlərinə görə, iki ölkə arasında əməkdaşlığın yüksək tempini nəzərə alsaq, ikitərəfli ticarətin həcmini 100 milyard dollar səviyyəsinə çatdırmaq məqsədə çatmaq olar:

“Koronavirus pandemiyasından sonra qısa müddət ərzində biz nəinki əlaqələrimizi bərpa edə bildik, həm də onları bütün sahələrdə səmərəli əməkdaşlığın daha yüksək səviyyəsinə qaldıra bildik”, - deyə Qazaxıstan lideri vurğulayıb.

Prezident daha sonra deyib ki, Qazaxıstan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü tam dəstəkləyir və milli strategiyalarımızı daha da uyğunlaşdırmaq səylərində fəal iştirak etməyə hazırdır.

Günel Abbas

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources