EN

Marsda meteorit məzarlığı ortaya çıxıb

İsveçrədəki ETH Sürix Universiteti və İngiltərədəki London İmperial Kollecinin birgə apardığı araşdırmada Marsa daha əvvəl hesablanandan təxminən 5 dəfə çox meteorit düşdüyü müəyyən edilib.

Bakıvaxtı.az xəbər verir ki, hər il Marsa 280-360 meteorit düşərək 8 metrdən böyük kraterlər meydana gətirdiyi hesablanıb.

Tədqiqatçılar, meteoritlərin təxminən 3 bal gücündə seysmik aktivlik göstərdiyini, lakin bunun Marsdakı zəlzələlərdən çox daha qısa sürdüyünü təsbit etdi və daha əvvəl zəlzələ kimi təsnif edilən 80 fəaliyyətin meteoritlərin düşməsi nəticəsində meydana gəldiyini ortaya çıxarıb.

Tədqiqatçıların əldə etdiyi məlumatlar göstərib ki, Marsın səthində hər gün ən azı 8 metrlik krater, hər ay isə ən azı 30 metrlik bir krater əmələ gəlir.

Günel Abbas

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
1
bakivaxti.az

2Sources