EN

Türkiyə Antalyada təcili eniş edən İsrail təyyarəsinə yanacaq verməyib? - İddia

İsrail təyyarəsi dünən Antalyaya hava limanına təcili eniş edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, diplomatik mənbələr Polşanın paytaxtı Varşavadan İsrailin paytaxtı Təl-Əvivə gedən İsrailə məxsus "El Al" Hava Yollarına məxsus təyyarənin Antalya Hava Limanına təcili eniş etməsi ilə bağlı məlumat paylaşıb.

Bildirilib ki, təyyarədə olan sərnişinlərdən birinin səhhəti qəfildən kəskin pisləşib: "Bu səbəbdən təyyarənin təcili enişinə icazə verilib. Təyyarəyə humanitar qaydalara uyğun olaraq, əlavə yanacvaq təminatı təklif olunsa da, kapitan bundan imtina edib...".
 
İsrail mətbuatı isə yazır ki, Antalya Hava Limanı səlahiyyətliləri Varşavadan Təl-Əvivə uçan təyyarəyə yanacaq verməkdən imtina edib.

Lamiyə Əhmədli

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
mia.az

1Sources