EN

KTMT NATO-nun hərəkətlərini izləyir - baş katib

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) hazırda NATO-nun Şərqi Avropadakı addımlarını izlədiyi və təhlil etdiyi üçün hərbi komponentini artırmaq fikrində deyil.

Bakıvaxtı.az xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.

O bildirib ki, Şərqi Avropanın kollektiv təhlükəsizlik regionunda vəziyyət, şübhəsiz ki, bizim diqqətimizdə qalır:

"Əlbəttə, NATO-nun hərəkətləri izlənilir və təhlil edilir. Üzv dövlətlərin ekspertləri və yüksək vəzifəli şəxsləri öz iclaslarında KTMT-nin məsuliyyət zonasında vəziyyətə təsir edən bütün amilləri ətraflı müzakirə edirlər", - o əlavə edib.

Günel Abbas

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources