EN

Lamin Yamal Ronaldonun uğurunu təkrarladı

İspaniya millisinin hücumçusu Lamin Yamal Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldonun uğurunu təkrarlayıb.

Buna ötən gecə AÇ-2024-ün 1/8 finalında Gürcüstanla görüşdə qol ötürməsi verməklə nail olub.

Nəticədə 16 yaşlı forvard Ronaldodan sonra Avropa çempionatının pley-off mərhələsində qol ötürməsi edən ən gənc futbolçu olub.

Onun komandası turnirin 1/4 finalında Almaniya millisi ilə qarşılaşacaq.

Mənbə: qafqazinfo.az

Aqreqator
Chosen
146
29
qafqazinfo.az

10Sources