EN

Şərhçini süni intellekt əvəz edəcək

ABŞ-nin NBC televiziya şirkəti Parisdə keçiriləcək Olimpiadada süni intellektdən istifadə edəcək.

Bunun üçün onlar idman şərhçisi El Mayklsın səsinin versiyasını yaradan proqramdan istifadə edirlər.

Süni intellektin köməyi ilə Olimpiya Oyunları ilə bağlı gündəlik icmalın səsləndirilməsi planlaşdırılır.

79 yaşlı Maykls əvvəlcə bu ideyaya şübhə ilə yanaşsa da, səsin orijinala nə qədər bənzədiyini gördükdən sonra təəccüblənib: “Düzünü desəm, şoka düşdüm. Bu, heyrətamizdir. Və bir az da qorxuludur”.

Mənbə: qafqazinfo.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
4
5
qafqazinfo.az

8Sources