EN

İsrail 227-ci dəfə bədəvilərin kəndini dağıdıb

İsrail ordusu ölkənin cənubundakı Negev səhrasında Fələstin bədəvilərinin məskunlaşdığı Arakib kəndini növbəti dəfə dağıdıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail 227-ci dəfə bu kəndi, oradakı çadır və digər strukturları dağıdaraq, çox sayda insanı evsiz buraxıb.

Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail ordusuna məxsus hərbi maşınlar və buldozerlərlə qəfildən bədəviləri yaşadıqları əraziyə daxil olublar: "Bununla da İsrail ordusu Araqibi 227-ci dəfə dağıdaraq, yaşam üçün əlverişsiz vəzyyətə gətiriblər".

Firudin Səfərli

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
mia.az

1Sources