EN

Azərbaycan millisinin aparıcı futbolçusu əməliyyat olunub

Azərbaycan

Bakı, 1 iyul, AZƏRTAC

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Aysun Seydiyeva əməliyyat olunub.

Bu barədə AZƏRTAC-a 27 yaşlı yarımmüdafiəçi özü məlumat verib. Təcrübəli oyunçu bu səbəbdən yığmanın Avropa çempionatının seçmə mərhələsində Macarıstan və İsveçrəyə qarşı keçiriləcək oyunlar üçün açıqlanan heyətindən kənarda qalıb.

Qeyd edək ki, Azərbaycan millisi iyulun 12-də “Liv Bona Dea Arena”da Macarıstan, iyulun 16-da isə Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığması ilə qarşılaşacaq.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
2
azertag.az

1Sources