EN

Xocavəndin Qırmızı Bazar qəsəbəsində 1 tondan çox çətənə bitkisi yandırılıb - FOTO

Xocavənddə 1 tondan artıq yabanı çətənə bitkisi aşkarlanıb.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Xəbərə görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları "Xaşxaş 2024" planına uyğun olaraq tədbir keçiriblər. Tədbir zamanı Qırmızı Bazar qəsəbəsinin ərazisində yabanı halda bitən 1 tondan artıq 4650 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.

Chosen
127
49
apa.az

10Sources