EN

Otaqlarda 20 dərəcə temperatur, geniş çarpayılar – Qriqorçukun iş prinspi

“Şaxtyor”da prinsipcə, çox ixtisaslı məşqçilərimiz var idi. Mən onlardan çox şey öyrəndim”.

Msport.az xəbər verir ki, bu sözləri “Partizan”ın futbolçusu Nikola Antiç Soliqorsk “Şaxtyor”unda Roman Qriqorçukla birgə çalışdığı dönəmi xatırlayarkən deyib.

Serbiyalı müdafiəçi ukraynalı mütəxəssisin işə yanaşmasından söz açıb. O bildirib ki, Qriqorçuk 24 saat futbolla maşğul olurdu: “Otaqlarda temperatur 20 dərəcə olmalı idi. Onun gəlişindən sonra çarpayılarımız daha genişləri ilə əvəzləndi. İstər istirahət, istərsə də oyuna hazırlıq zamanı hər şey ən xırda təfərrüatına qədər edilirdi”.

Qeyd edək ki, Nikola Antiç 2020/2021 mövsümündə “Şaxtyor”da Roman Qriqorçukun rəhbərliyi altında oynayıb. 59 yaşlı məşqçi bir neçə gün öncə “Neftçi” ilə 2 illik müqavilə imzalayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
5
msport.az

1Sources