Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoruna müavin təyin edilib.
Mia.az banker.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Nail Abdullayev təyinat alıb. O, bu yeni və əsas rolda "Azəriqaz"da transformasiya layihəsinə rəhbərlik edəcək.
2013-cü ildən Nail Abdullayev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyində olan qurumlarda, SOCAR Türkiye Qrupunda müxtəlif rəhbər vəzifələrdə çalışıb.