EN

Reuters: Britaniyada seçki öncəsi keçirilən sorğu-anketlerdə Leyboristlər öndədir

Reuters:

London, 1 iyul, AZƏRTAC

Böyük Britaniyada iyulun 4-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı aparılan sorğu-anketlərdə Leyboristlər Partiyası Mühafizəkarları qabaqlayır.

AZƏRTAC xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Agentlik, ölkə miqyasında yarışan ən populyar beş partiyanın aldığı dəstəyi izləmək üçün doqquz fərqli sorğu firması tərəfindən hazırlanmış 50-dən çox müxtəlif sorğu-anketin məlumatlarını toplayıb. Nəticələrə görə, Keir Starmerin liderliyindəki Leyboristlər Partiyası rəqiblərindən xeyli qabaqdadır və seçkilərdən sonra hakimiyyətə gələcək. Bununla da 14 ildir ki, davam edən Mühafizəkarlar Partiyasının rəhbərlik etdiyi hökumətə son qoyulacaq.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
azertag.az

1Sources