EN

Məşhur aktyor əlil arabasında səhnəyə çıxdı - FOTO

Ötən gün dünyanın mötəbər festivallarından olan Glastonburydə tarixi anlar yaşanıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, böyük britaniyalı "Coldplay" qrupu səhnədə olarkən aktyor Maykl Cey Foks əlil arabasında səhnəyə çıxıb. 

O uzun müddətdir ki, parkinson xəstəliyindən əziyyət çəkir.

63 yaşlı Foks qrupla birgə onların mahnılarını səsləndirib. Qrupun solisti Kris Martin onun ünvanına təriflər yağdıırb.

"Bu qrupu yaratmağımızın əsas səbəbi "Gələcəyə dönüş" filmini izləməyimizdir. Buna görə də qəhrəmanımıza sonsuza qədər minnətdaram. Dünyanın ən gözəl insanlarından birisən" - deyə, Kris bildirib. 

Xatırladaq ki, "Gələcəyə dönüş" Maykl Cey Foksun ən yaddaqalan filmidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
baku.ws

1Sources