EN

Şəhid övladları “Neftçi”nin düşərgəsində

“YAŞAT” Fondunun, ASAN Könüllüləri Təşkilatı və “Neftçi”nin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin 6-12 yaş aralığındakı övladları üçün keçirilən VI “Neftçili Yay Futbol Düşərgəsi” başa çatıb.

Apasport.az xəbər verir ki, ümumilikdə 100 iştirakçının qoşulduğu düşərgədə şəhid övladları üçün müxtəlif müsabiqələr təşkil olunub, uşaqlar klubun muzeyi, komandaya aid paltardəyişmə otağı, konfrans zalı və stadiondakı digər ərazilərlə tanış olublar.

Qeyd edək ki, hər il ənənəvi təşkil olunan “Neftçili Yay Futbol Düşərgəsi” bu il 20-29 iyun tarixlərini əhatə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
0
apasport.az

1Sources