EN

Kadırovdan Bastrıkinə xəbərdarlıq: "İslam deyəndə ehtiyyatlı olun”

Yazını böyüt
Yazını kiçilt

Çeçenistan prezidenti Ramzan Kadırov Rusiya İstintaq Komitəsinin (İQK) rəhbəri Aleksandr Bastrıkinin Dağıstanda törədilən terror aktları və istintaq təcridxanasında məhkum edilmiş terrorçuların girov götürülməsi ilə bağlı sözlərini tənqid edib.

Hafta.az-ın yazdığına görə, Rusiyada çarşab taxmağın qadağan edilməsi lazım olduğunu irəli sürən Bastrıkin hər iki terror aktının “islamçılar” tərəfindən törədildiyini dediyi üçün Çeçenistan liderinin tənqidinə tuş gəlib. Çeçenistan lideri xəbərdarlıq edib ki, bu cür bəyanatlar “ölkədə ictimai-siyasi vəziyyət üçün son dərəcə pis nəticələr” verə bilər.

“Mən Aleksandr İvanoviçə demək istərdim ki, bu cür bəyanatlar verərkən son dərəcə diqqətli olmaq lazımdır”, - Kadırov Telegram kanalında bildirib. “Mən dəfələrlə demişəm və bir daha vurğulamışam ki, müsəlmanlar terror törətmir. Eyni zamanda, mən həqiqətən ümid edirəm ki, Aleksandr Bastrıkin artıq İslamı terrorla müqayisə etməyəcək”, - o yazıb.

Çeçenistan lideri əlavə edib ki, “quduz fanatiklər və şeytanlar” özlərini hansı dinə mənsub hesab etmələrindən asılı olmayaraq, heç bir dinlə əlaqəsi yoxdur. O, əlavə edib ki, indi Rusiyanın bütün xalqları “əvvəlkilərdən daha çox birləşiblər” və buna dəyər vermək lazımdır.

Xatırladaq ki, iyunun 23-də silahlı şəxslər Dağıstanın Mahaçqala və Dərbənd şəhərlərində iki pravoslav kilsəsinə, sinaqoqa və yol polisi məntəqəsinə hücum edib və nəticədə 21 nəfər ölüb. Cinayət törətməkdə şübhəli bilinən 5 nəfər məhv edilib. Terrorla bağlı cinayət işi açılıb.

Bu hadisələrdən sonra ölkədə ekstremist təşkilatlar və görülməli olan təhlükəsizlik tədbirləri ilə bağlı müzakirələr alovlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
0
hafta.az

1Sources