EN

Avropada ABŞ hərbçilərinə bu qadağan EDİLDİ

Almaniyadakı ABŞ pilotlarına bazadan kənarda forma geyinmək qadağan edildi.

Redaktor.az ABŞ hərbi qüvvələrinin rəsmi saytına istinadla xəbər verir ki, Almaniyanın qərbində yerləşən Hərbi Hava Qüvvələrinə məxsus Spanqdahlem bazasında pilotlara hərbi formada bazadan kənarda görünmək qadağan edilib. Sözügedən qərar ehtiyat tədbirləri ilə bağlı verilib.

Qeyd olunur ki, bu, ABŞ hərbçilərinə xidmət məntəqələrindən kənarda uniforma geyinmək qadağası ilə bağlı ilk hal deyil. Analoji qərar 2010-cu ildə ABŞ-ın Avropa Komandanlığı tərəfindən qəbul edilib. 2014-cü ildə işə gedərkən geyinməyə qadağa qoyulsa da, 2022-ci ildə bu tip məhdudiyyətlər yumşaldıldı.

Yusif SƏMƏDZADƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
0
redaktor.az

1Sources