EN

Rusiyalı milyarderlər bu il sərvətlərinə sərvət qatıblar- RƏQƏMLƏR

Planetin 500 ən varlı insanı arasında olan rusiyalı milyarderlərin sərvəti altı ayda 28,749 milyard dollar artıb.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg Billionaires Index” məlumat yayıb.

Hesablamalara görə, onların ümumi sərvəti 354,99 milyard dollar olub.

Ən zəngin rusların aktivləri altı ayda 8,8 faiz bahalaşıb. Aktivlərin kapitallaşması ən çox SUEK və “Evroxim”in keçmiş benefisiarı Andrey Melniçenko üçün artıb. Onların dəyəri 5,76 milyard dollar artaraq 24,6 milyard dollara çatıb.

Rusiyanın ən zənginlərindən olan, “Nornikel”in əsas sahiblərindən birinin sərvəti 902 milyon dollar artaraq 32 milyard dollara çatıb. O, dünyada 51-ci yerdədir.

Reytinqin Rusiya hissəsində ikinci və üçüncü yerlərdə “LUKOIL” şirkətinin həmsahibi Vahid Ələkbərov və NLMK benefisiarı Vladimir Lisin qərarlaşıb. Birincinin sərvəti 3,54 milyard dollar artaraq 28,2 milyard dollara, ikincinin sərvəti 3,24 milyard dollar artaraq 27,2 milyard dollara çatıb.

Azpost.info

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
azpost.info

1Sources