EN

3 nəfərin öldüyü qəzada müğənni də xəsarət alıb

Qaxda 3 nəfərin ölməsi, 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası haqqında xəbər vermişdik. 

News365.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, həmin qəzada xəsarət alanlardan biri müğənni olub. 

Belə ki, "Ford" markalı avtomobildə olan sərnişin Marina Şirdanova ağır bədən xəsarətləri alıb. 

Marina Şirdanova ilkin olaraq Qax rayon Xəstəxanasına, oradan da Zaqatala rayon Xəstəxanasına aparılıb. 

Marina Şirdanovanın müğənni olduğu bildirilir.


Chosen
111
7
news365.az

8Sources