EN

ABŞ-ın Avropadakı hərbi bazaları yüksək hazırlıq vəziyyətinə gətirildi

Terror təhdidləri ilə əlaqədar ABŞ-ın Avropadakı hərbi bazalarını yüksək hazırlıq vəziyyətinə gətirib.

Bu barədə "CNN" telekanalı iki amerikalı məmura və "ABC News" kanalına istinadla məlumat verib.

Müdafiə səviyyəsi "Çarli" səviyyətinə qədər gətirilib. Bu vəziyyət "insident baş verən zaman, yaxud da personal və ya obyektlərə hücum və ya terror aktının mümkünlüyü barəsində kəşfiyyat məlumatları alındıqda tətbiq edilir. Bundan üstün səviyyə yalnız "Delta" səviyyəsidir.

Əsasən, Ştutqartdakı bazaların müdafiəsi gücləndirilib - burada ABŞ-ın Avropa Qüvvələrinin mənizl qərargahı yerləşir.

Avropadakı bazada çalışan mənbələrdən biri CNN-ə müsahibəsində azı son 10 il ərzində bu səviyyədə təhdidlə qarşılaşmadıqlarını bildirib.

Hürr Tərcüman

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources