EN

Kremldən Zelenskinin təklifinə cavab - danışıqlar başlanacaqmı?

RF Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Prezidenti Vladimir Zelenskinin vasitəçilərin köməyi ilə danışıqların mümkünlüyü açıqlaması barəsində jurnalistlərin sualına cavab verərkən Vladimir Putinin əvvəlki kimi Ukrayna ilə bağlı danışıqlara açıq olduğunu söləyib.

Peskov deyib: "Prezident qarşımıza qoyduğumuz məqsədə nail olmaq üçün Rusiya Federasiyasının istənilən təmaslara açıq olduğunu demişdi. Prezident yenə həmin mövqedədir".

Zelenski bu yaxınlarda verdiyi açıqlamada Rusiya ilə Ukrayna arasında danışıqların vasitəçilər vasitəsi ilə başlana biləcəyini elan etmiş, Türkiyə ilə BMT-nin vasitəçiliyi ilə əldə edilmiş taxıl sazişini nümunə göstərmişdi.

Hürr Tərcüman

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources