EN

Sülhlə bağlı son şərt: Dəhliz məsələsi masaya qoyuldu - Kritik gəlişmə

ABŞ-nin son dövrlər Azərbaycanla Ermənistan arasında gedən sülh prosesində yer almaq iddiası və aktivliyi müşahidə edilir. Bu, Amerikada keçiriləcək prezident seçkiləri ilə bağlıdır. Hazırda ABŞ-də seçki prosesi aktiv fazaya qədəm qoyub. Co Baydenin Amerika prezidenti seçilmək şansı azdır. Donald Trampın yenidən Ağ evə sahib olacağı etimalı var. Trampın isə ABŞ prezidenti seçilməsi ilə Amerikanın bu regionla bağlı ənənəvi siyasəti dayanacaq.

Bunu Teleqraf.com-a politoloq Fərhad Mehdiyev deyib.

O qeyd edib ki, Trampın prezidentliyi dövründə Amerikanın bölgə ilə bağlı fəallığı görünməyəcək:

“Onlar da bunu nəzərə alıb seçkilərə qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını istəyir. Çünki Trampın buna maraqlı olmayacağını bilirlər. Ona görə də, Bayden dönəmində Azərbaycanı mümkün qədər sülh müqaviləsini imzalamağa razı salmağa çalışırlar”.

Politoloq hesab edir ki, ABŞ həqiqətən də sülh istəyirsə, Ermənistanı Zəngəzur dəhlizi məsələsində addım atmağa sövq etməlidir:

“Bunu etdikləri halda sülh mümkün olacaq. Əks halda bu mümkün deyil. Tramp isə bu prosesə qarışmayacaq. İstisna deyil ki, Amerikadakı erməni lobbisi mövcud administrasiyanı buna sövq edir. Məqsəd daha tez sülh müqaviləsinə nail olmaqdan ibarətdir”.

Fərhad Mehdiyevə görə, indiki şəraitdə Ermənistan üçün sülh gələn ildən daha sərfəli olacaq:

“Azərbaycanın şərtləri var. Zəngəzur dəhlizi məsələsi həll olunmayınca sülh müqaviləsi imzalanmayacaq. Ermənistan bununla bağlı hər hansı öhdəlik götürdükdən sonra bu mümkün olacaq. Nikol Paşinyanın isə indiki halda konstitusiyanı dəyişmək resursları yoxdur. Bunun əvəzinə erməni tərəfi müstəqillik haqqında bəyyanaməni dəyişdirə bilər. Azərbaycanın ərazi bütövlüyünə əsas qəsd məhz burada əksini tapıb. Həmin bəyyannaməni vaxtilə Ermənmistan ali soveti qəbul edib. Yəni, Ermənistan parlamenti bu düzəlişi etmək ixtiyarına malikdir. Belə olan halda bəyannaməyə hüquqi düzəliş ediləcək və Azərbaycanla sülh müqaviləsinə maneə olan hüquqi problem aradan qalxacaq”.


Müəllif: Tapdıq Qurbanlı
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
4
1
teleqraf.com

2Sources