EN

“Bu, mənim son günümdür - Qəribə hissdir, amma həmişə sizdən biri olacam”

“Real”ın keçmiş yarımmüdafiəçisi Toni Kroos sosial şəbəkədə “kral klubu”nun futbolçusu kimi son günü ilə bağlı paylaşım edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu iyulun 1-nin “Real” oyunçusu kimi son günü olduğunu bildirib:

“Bu mənim “Real” oyunçusu kimi son günümdür. Qəribə hissdir, amma mən həmişə sizdən biri olacam. Həmişə sizə minnətdaram”.

Kroos 2014-cü ildən “Bayern”dən keçdiyi Madrid klubunda çıxış edirdi. O, ümumilikdə “Real”da 464 oyun keçirib, 28 qol vurub, 98 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources