EN

Ulduz basketbolçu yeni müqavilə imzalayır

34 yaşlı Сeyms Harden “Los-Anceles Klippers” ilə yeni iki illik müqavilə imzalamağı planlaşdırır. Bu barədə  “The Athletic” nəşrinin insayderi Şəms Çaraniya xəbər verib. Onun sözlərinə görə, müqavilənin məbləği 70 milyon dollar olacaq.

Məlumata görə, basketboçu komandaya məhdudiyyətlərin qoyulmasının qarşısını almaq üçün maliyyə güzəştləri etmək niyyətindədir.

2023/2024 mövsümündə Harden “Klippers”də 72 oyun keçirib. Onun orta göstəriciləri 16,6 xal, 8,5 məhsuldar ötürmə və 5,1 ribaund təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources