EN

"NEFTÇİ": Ona təklif yoxdur, olsa da, satılmayacaq

«Neftçi» ötən ilin yayında «Qarabağ»dan sıralarına qatdığı Filip Ozobiçi buraxmaq niyyətində deyil.

Bu barədə klubdan redaksiyamıza məlumat verilib.

Bildirilib ki, ona görə heç bir təklif gəlməyib. Və bu, olsa belə, əslən xorvatiyalı oyunçu ilə vidalaşmaq planlaşdırılmır.

Çünki yeni baş məşqçi Roman Qriqorçuk balkanlı yarımmüdafiəçinin xidmət etmək fikrindədir.

Son günlər yayılan xəbərlərə görə, «Sabah» heyətini millimizin sabiq üzvüylə gücləndirmək niyyətindədir.

Qeyd olunur ki, burda "bayquşlar"ın məşqçilər korpusuyla futbolçu arasında səmimi dostluq münasibətlərinin olmasının rolu böyükdür.

Belə ki, "Sabah"ın baş məşqçisi Krunoslav Renduliçin köməkçisi Saşa Sablyak transferin reallaşması məqsədilə Ozobiçlə əlaqə saxlayıb.

Oyunçu "tələbələr”in formasını geyməkdə maraqlı olsa da, "Neftçi" ilə müqavilə müddətinin gələn ilin yayında bitəcəyi işi düyünə salır.

Belədə "Sabah" "ağ-qaralar"a əlavə ödəniş etməlidir ki, rəhbərliyin bunun üçün xərc çəkib-çəkməyəcəyi bilinmir.

Ozobiç “Spartak” (Rusiya), “Hayduk”, "Slaven" (hər ikisi Xorvatiya), “Qəbələ” və “Qarabağ” kimi klubların şərəfini qoruyub.

33 yaşlı oyunçu ötən mövsüm "ağ-qaralar"ın heyətində kubok və premyer-liqa çərçivəsində 33 dəfə meydana çıxıb, 8 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

O, 2021-ci ildən yığmamızın üzvü olub.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources