![ABŞ](/uploads/posts/2024-07/e3af1832-f644-4482-b480-8c56c56b503c.jpg)
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Avropadakı bəzi hərbi bazalarda həyəcan səviyyəsinin yüksəldiyini bəyan edib.
Reyting.az-ın xəbərinə görə, ABŞ-nın Avropa Komandanlığının (USEUCOM) yazılı açıqlamasında qeyd olunur ki, xaricdəki ABŞ hərbi icmasının təhlükəsizliyinə təsir edən müxtəlif amillər qiymətləndirilir və bu səylər çərçivəsində hərbçilərin təhlükəsizliyi üçün tez-tez əlavə addımlar atılır.
“Əməliyyat təhlükəsizliyi baxımından xüsusi tədbirlər görməyəcəyik, lakin ehtiyatlı qalacağıq”,- açıqlamada bildirilir.
USEUCOM Avropa sahəsində kadrlara şübhəli fəaliyyətlər barədə məlumat verməyi, Dövlət Departamentinin səyahət tövsiyələrinə əməl etməyi və şəxsi risklərin azaldılması üçün ehtiyat tədbirləri də daxil olmaqla, hər zaman ayıq-sayıq qalmağı vacib sayır.
USEUCOM ev sahibi ölkələri, müttəfiq və tərəfdaşlarla məsləhətləşərək, öz personalının məlumatlı olmasını və ayrı-ayrı şəxslərin, onların ailələrinin və yaxınlarının təhlükəsizliyini təmin etmək üçün təhlükəsizlik mühitinə daim nəzarət edir.
Sosial mediada əks olunan məlumatlarda ABŞ-nın Bolqarıstan, İtaliya, Rumıniya və Almaniyadakı hərbi bazalarının yüksək hazırlıq vəziyyətinə gətirildiyi bildirilir.
ELÇİN