EN

Sabiq baş həkimin milyonluq mülkü müsadirə olundu - VİDEO

Masallı Rayon Mərkəzi Xəstəxanasının korrupsiyada ittiham olunan sabiq baş həkimi Cəlil Nəzərov və köməkçisi Təranə Əliyevanın məhkəməsi yekunlaşıb. Bir neçə gün əvvəl elan edilmiş hökmə əsasən, hər iki müttəhimə şərti cəza verilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəlil Nəzərovun Masallı rayonunun Miyankü kəndində yerləşən “Qamo” İstirahət Mərkəzi dövlət nəfinə müsadirə edilib.

Cənub zonasının məşhur istirahət mərkəzinin bazar dəyəri 1 milyon manatdan çoxdur. 68 yaşlı həkim “Qamo”nu oğlu Xaliq Nəzərovun adına rəsmiləşdirib. Mediada yayılan məlumatlarda yazılır ki, Masallının və ətraf rayonların vəzifəli şəxsləri vaxtaşırı istirahət mərkəzinin qonağı olurmuş.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

10Sources