EN

Bakıda bu binaların pasportları və mühafizə zonalarının layihələri hazırlanacaq

Dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin pasportları və mühafizə zonalarının layihələri hazırlanacaq.

İqtisadiyyat.az xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bununla bağlı hazırlıqlara başlayıb.

Siyahıda metronun “Nizami” stansiyasının binası, Bakı Dövlət Universitetinin şəhərciyi, Azərbaycan Politexnik Akademiyasının binası, Akademiya şəhərciyi, Müşviq bağı, Mikayıl Müşviqin heykəli, Nəriman Nərimanovun heykəli, Hüseyn Cavidin xatirə kompleksi, rus-pravoslav kilsəsi, hamam və yaşayış evləri yer alıb.

Geniş siyahı ilə buradan daha ətraflı tanış olmaq mümkündür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources