EN

Erməni jurnalist Günən kəndinə bayraq sancılmasından danışdı: "8 hektar..."

Ermənsitanın Kirants (Günən) ərazisindən 8 hektar əkin sahəsi kadastr şəhadətnaməsi ilə Azərbaycana verilib.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Tavuş vilayətində yaşayan jurnalist Voskan Sarkisyan məlumat verib.

"İyunun 30-da Azərbaycan Silahlı Qüvvələri Kirants kəndi yaxınlığına böyük bayraq sancıb, bu bayraq qonşu Açarkut ərazisindən də görünür. Bu, Kirants və Açarkut sakinlərinə psixoloji cəhətdən pis təsir edir. Kirants kəndinin inzibati rəhbəri Kamo Şahinyan kənd qəbiristanlığının yaxınlığında Azərbaycanın böyük bayrağının quraşdırıldığını təsdiqləyib", - Sarkisyan bildirib.

Qeyd edək ki, mayın 20-də Azərbaycanla Ermənistan arasında aparılan delimitasiya prosesi nəticəsində Tavuş vilayətinin Kirants (Günən) kəndində son üç sərhəd dirəyi quraşdırılıb.


Müəllif: Əsəd Məmmədəliyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources