EN

ABŞ əhalisinin 72 faizi Baydenin prezidentliyə yaramadığını düşünür - SORĞU

ABŞ əhalisinin 72 faizi Co Baydenin səhhətinin prezidentlik üçün uyğun olmadığını düşünür.

“AzPolitika” xəbər verir ki, bu barədə “CBSNews”-un yayımladığı sorğu nəticələrində deyilir.

Sorğu ilə bağlı yayımlanan materialda qeyd edilib ki, Baydenin səhhətinə görə prezident seçkilərindən geri çəkilməli olduğuna inananların 46 faizi Demokratlar partiyasını dəstəkləyən seçicilərdir.

Eyni sorğuda Respublikaçı namizəd DonaldT rampın prezident olmaq üçün lazımi psixi və koqnitiv sağlamlığının olub-olmaması ilə bağlı suala 50 faiz “bəli”, 49 faiz isə “yox” cavabını verib.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources